Bakı 20˚C Sunny

Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib

Gündəm 13:54 12 mar, 2022

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti başsağlığı verib

Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib. 

Qazet.az xəbər verir ki, bu barədə M.Əliyeva rəsmi instaqram səhifəsində paylaşım edib.

"Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin", - paylaşımda vurğulanıb.