İranı ayağa qaldıran Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDI
Gündəm
15:30 07 okt, 2022
İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.
Qazet.az xəbər verir ki, tibbi ekspertizanın açıqlamasında bildirilib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb.
Məhkəmə-tibbi ekspertləri bildirib ki, Məhsa Əmini 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib.
Qeyd edək ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.