Bakı 15˚C Showers

Məhv edilmiş kartoflar haqqında - AÇIQLAMA/FOTO

Eksklüziv 17:52 06 yan, 2023
Məhv edilmiş kartoflar haqqında - AÇIQLAMA/FOTO

İrandan 23 min 800 kq və Rusiyadan isə 19 min 950 kq  idxal edilmiş kartof bakteriya səbəbindən məhv edilib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Qazet.az saytının jurnalisti Afət Əlipaşayevaya verdiyi məlumata görə, heyvan və bitki mənşəli qurumlar vaxtaşırı xəstəliklər əmələ gələn zaman dünyaya məlumat verərək karantin tədbirləri həyata keçirirlər:

"Karantin tədbirlərinin predmeti olan bu partiya kartoflar İrandan və Rusiyadan Azərbaycana idxal cəhdi olub,amma mallar yoxlanılan zaman həmin bakteriyalar aşkarlanıb. Bu bakteriyaların insan sağlamlığı üçün heç bir zərəri yoxdur. Lakin ətraf mühitə ciddi zərərləri var. Yəni o cür mallar bazara daxil olarsa əkinçilikdə böyük problem yarada bilər. Ona görə əkinçilik sektorunu qorumaq üçün beynəlxalq təşkilatların çağırışlarına Azərbaycan da cavab verir. Belə malla yoxlanıldıqdan sonra Azərbaycan əmtəə bazarına buraxılmır. Qida Təhlükəsizliyi Agentliyi də bu işi görüb. Bu halda ya da geri qaytarılır, ya da  sahibkar üçün geri qaytarmaq baha başa gəlirsə sahibkarın razılığı ilə məhv edilir".


 

Məhv edilmiş kartoflar haqqında - AÇIQLAMA/FOTO