Məişət zorakılığı ilə bağlı daha 3 qeyri-dövlət yardım mərkəzi akkreditə olunub
Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı daha 3 qeyri-dövlət yardım mərkəzi akkreditə olunub.
Qazet.az xəbər verir ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Komissiyasının növbəti iclası keçirilib.
İclasda il ərzində məişət zorakılığından zərər çəkmiş şəxslərlə əlaqədar görülən dəstək işlər müzakirə olunub.
Komissiyanın sədri Vüqar Behbudov bildirib ki, 2021-ci ildən fəaliyyətə başlayan Komissiya akkreditə olunmuş təşkilatların monitorinqi və yeni təşkilatların qəbulu işlərini aparır.
Əvvəlki illərdə akkreditasiyadan keçərək fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyəti davamlı olaraq nəzarətdə saxlanıb.
Məişət zorakılığına məruz qalmış şəxslərlə iş aparmayan və ya fəaliyyətini tamamilə dayandıran bəzi qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası ləğv edilib.
Müraciət edən 4 QHT-nin qiymətləndirildiyi, onlardan 3 təşkilatın akkreditə olunduğu, hazırda qeyd olunan istiqamətdə akkreditə olunmuş 8 qeyri-dövlət yardım mərkəzinin fəaliyyət göstərdiyi bildirilib.