Bakı 25˚C Partly sunny

Meksikada ağır qəza: 19 nəfər öldü

Gündəm 00:39 27 noy, 2021

Faciəyə səbəb avtobusun əyləc sistemində yaranan nasazlıq olub

Meksikada ağır qəza: 19 nəfər öldü

Meksikanın Mexiko ştatında sərnişin avtobus yaşayış evinə çırpılıb.

Qazet.az xəbər verir ki, yol qəzası nəticəsində 19 nəfər ölüb, 30-a yaxın sərnişin yaralanıb.

Hadisə yerinə 10 təcili yardım briqadası cəlb edilib. İki helikopter vəziyyəti ağır olan bir neçə yaralını hadisə yerindən xəstəxanaya təxliyə edib.

İlkin məlumata görə, faciəyə səbəb avtobusun əyləc sistemində yaranan nasazlıq olub.