Meksikada avtobus aşıb, ölənlər və yaralananlar var
Gündəm
07:11 25 dek, 2021
Faciəyə səbəb avtobusun minik avtomobili ilə toqquşması olub.

Meksikanın cənubundakı Oaxaca əyalətində şəhərlərarası avtobus aşıb.
Qazet.az xəbər verir ki, bu barədə "Quadratin" xəbər agentliyi məlumat yayıb.
Hadisə nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlər arasında bir uşaq da var.
Faciəyə səbəb avtobusun minik avtomobili ilə toqquşması olub.