Meksikada əsgərlər çimərlikdə insanları kartellərdən qoruyur - FOTO
Gündəm
17:30 07 dek, 2021
Mafiya və narkotik kartellərin cinayətlərinin artdığı Meksikada hökumət yeni tədbir görüb

Son zamanlar mafiya və narkotik kartellərin cinayətlərinin artdığı Meksikada hökumət yeni tədbir görüb.
Qazet.az xəbər verir ki, ayda orta hesabla 2400 adamın zorakılıq aktlarında öldüyü ölkədə turistlərin tez-tez ziyarət etdiyi Kankun şəhərinə yüzlərlə əsgər cəlb olunub. Maraqlısı budur ki, insanların tətil üçün üz tutduğu şəhərin çimərliyində əli silahlı əsgərlər görüntülənib.
Sosial mediada paylaşılan görüntülərdə insanları qoruyan təhlükəsizlik qüvvələrinin fotoları gündəm mövzusuna çevrilib.
