Meksikada miqrantları daşıyan maşın aşıb- Yenilənib
Meksika prezidenti Andrés Manuel Lepez Obrador hadisəni "çox ağrılı" adlandırıb və təəssüfünü bildirib.

Meksikanın cənubunda miqrantları daşıyan yük maşınının aşması nəticəsində xeyli sayda insan ölüb və yaralanıb.
Qazet.az xəbər verir ki, miqrantlarla dolu nəqliyyat vasitəsi ABŞ-a doğru hərəkət edib. Meksikanın cənubunda yük maşını qəzaya uğrayaraq aşıb. Nəticədə ən azı 53 nəfər sərnişin həlak olub.
Rəsmilərin bildirdiyinə görə, qəza miqrantları daşıyan yük maşınının Çiapas ştatının Toxella Qutierrez şəhəri yaxınlığında kəskin döngədə aşması və körpüyə çırpılması nəticəsində baş verib.
“Reuters”in məlumatına görə, qəza nəticəsində daha onlarla insan yaralanıb və Qvatemala ilə həmsərhəd olan Çiapasdakı xəstəxanalarına aparılıb.
Rəsmilər yük maşınında 100-dən çox adamın olduğunu bildiriblər.
Həlak olanlar arasında kişilər, qadınlar və uşaqlar var.
Həmçinin oxu: Avtomobil qəzasında 49 nəfər həyatını itirdi