Bakı 13˚C Cloudy

Meksikada qaz kəmərində partlayış baş verib

Hadisə 07:15 30 noy, 2022
Meksikada qaz kəmərində partlayış baş verib

Meksikanın şimalında qaz kəmərində partlayış nəticəsində azı 10 adam ağır xəsarət alıb.

Qazet.az xəbər verir ki, bu barədə Verakruz ştatının rəsmiləri Tvitterdə məlumat yayıblar.

Hadisə Aqua-Dulse şəhəri yaxınlığında baş verib. İşçilər metan sızmasının qarşısını almaq istəyərkən partlayış və yanğın baş verib.