Məktəb direktorları təltif edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmiş məktəb direktorları təltif edilib.
BŞTİ-dən Qazet.az-a bildirilib ki, təltifolunma mərasimində idarənin müvafiq struktur bölmə rəhbərləri və Həmkarlar İttifaqı Komitəsinin sədri iştirak edib. BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan məktəb rəhbərlərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb.
Sonra səmərəli fəaliyyətinə görə təltif olunanlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Təltif olunmuş şəxslər öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da təhsil sahəsindəki dinamik inkişafın durmadan artacağına əminliklərini ifadə ediblər.