Bakı 0˚C Mostly cloudy

Məktəb direktorunun müəllimi təhqir etməsi iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADILDI

Hadisə 12:43 06 fev, 2022

Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə  bağlı araşdırma başlanılıb

Məktəb direktorunun müəllimi təhqir etməsi iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADILDI

Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə  bağlı araşdırma başlanılıb. 

Qazet.az xəbər verir ki, bu barədə Publika.az-ın yerli bürosuna Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.

"Günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarələr 5-günlükdür. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq. Fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".