Bakı -9˚C Windy

Məktəb yoldaşını döyən şagirdi hansı cəza gözləyir - Hüquqşünasdan AÇIQLAMA

Gündəm 11:15 04 okt, 2022
Məktəb yoldaşını döyən şagirdi hansı cəza gözləyir - Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı məktəblərindən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.

Görüntülərdə bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni videolentə aldığı məlum olur.

Hadisənin Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 112 saylı orta məktəbdə baş verdiyi iddia edilir.

Bu hadisə izləyicilər tərəfindən şiddətlə qınanıb və həmin şagirdə ciddi cəza verilməsi tələb edilib.

 Bəs görəsən hüquqi cəhətdən həmin şagirdə hansı cəza düşür?

 Bununla bağlı Qazet .az saytının əməkdaşı tanınmış hüquqşünas Tahir Əliyevdən açıqlama alıb. 

Vəkil bildirib ki, cəza tədbirinin xarakteri sözügedən uşağın hansı yaşda olmasına baxır.

"Cinayət məsuliyyəti 16 yaşdan başlayır. 14 yaşdan o halda başlayır ki, qarşı tərəfə az ağır, yaxud  ağır şəkildə zərər yetirsin. Yüngül zərər yetirmə 14 yaşdan aşağı şəxslərə  şamil olunmur. Amma az ağır, ağır zərər yetirilibsə,  14 yaşdan yuxarı şəxslərə də şamil oluna bilər. 14 yaşdan kiçik şəxslərə isə ictimai cəza verə bilərlər, inzibati xətə məsuliyyəti, cinayət məsuliyyəti yaramır".

Hüquqşünas onu da bildirdi ki, həmin şagirdin məktəbdən xaric olunub-olunmaması bərədə isə məktəb rəhbəri qərar verə bilər.

Məktəb yoldaşını döyən şagirdi hansı cəza gözləyir - Hüquqşünasdan AÇIQLAMA