Bakı 13˚C Cloudy

Məktəbdə müəllimi döyən şəxs saxlanıldı - YENİLƏNİB

Hadisə 15:10 25 yan, 2022

Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub

Məktəbdə müəllimi döyən şəxs saxlanıldı <span style="color:red">- YENİLƏNİB</span>

Dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. 

DİN Mətbuat Xidmətindən Qazet.az-a bildirilib ki, fakt üzrə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

***

11:59

Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb. Sözügedən görüntü ciddi müzakirlərə yol açıb və bu hal müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Qazet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb: “Amma məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır”.