Məktəblərin inkişaf planı hazırlanır
Cəmiyyət
12:40 21 dek, 2022
2023-cü ildə daha 50 məktəbin inkişaf planının hazırlanması nəzərdə tutulur.
Bu barədə Qazet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, indiyədək BŞTİ-nin Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin inkişaf planı hazırlanıb. Həmin məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.