Məktəbli döyüldü - vəziyyəti ağırdır
Gündəm
10:41 21 noy, 2022
Lənkəranda XI sinif şagirdi döyülüb.
Qazet.az-ın məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.
Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.