Bakı 18˚C Mostly sunny

Məktəbli qardaşlarını qarşılayan 18 aylıq balaca bacı - Sosial şəbəkələrin sevimli videosu

Maraqlı 13:16 15 sen, 2021

Qardaşlarını hər zaman evdə gözləyən böyük ürəkli kiçik bacı

Məktəbli qardaşlarını qarşılayan 18 aylıq balaca bacı - <span style="color:red">Sosial şəbəkələrin sevimli videosu</span>

Məktəbdən evə gələn qardaşlar böyük sürprizlə üzləşib.

Qazet.az xəbər verir ki, onları 18 aylıq bacısı böyük sevinclə qarşılayıb.

Bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Emilya “Emmi” adlı azyaşlı qız pandemiya dövründə böyüyüb və hər zaman qardaşlarının əhatəsində olub. Üç qardaşın yeganə bacısı olan Emmi ailənin ən kiçik uşağıdır.

Məktəb ilinin başlanması ilə əlaqədar ilk dəfə qardaşlarından ayrı düşən Emmi onların gəlişini görərək qarşılarına qaçıb və qardaşları kiçik bacılarını qucaqlayaraq onunla görüşüb.

“Emili heç bir zaman evdə qardaşlarının olmadığını görməyib. O, səhər yuxudan ayılanda ”Mənim qardaşlarım hanı", deyə soruşub", uşaqların anası Britanni Muddamalle söyləyib.

TikTok-da paylaşılan video bir neçə saat ərzində 4 milyon baxış qazanıb və 75 min komment alıb.

Həmin videonu sizə təqdim edirik:

@almostindianwife

Try watching this without smiling ❤️❤️❤️😍

♬ original sound - Brittany Muddamalle

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.