Melaniya Tramp gözlərini NFT formatında satışa çıxarır - FOTO
Gündəm
19:38 18 dek, 2021
"Melaniyanın baxışı" adlanan təsvir fransız moda rəssamı Mark Entoni Kulon tərəfindən sulu boya ilə işlənib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evi tərk etdikdən sonra ilk təşəbbüsünü açıqlayıb.
Qazet.az oxu.az-a istinadən xəbər verir ki, keçmiş birinci xanım məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.
"Melaniyanın baxışı" adlanan təsvir fransız moda rəssamı Mark Entoni Kulon tərəfindən sulu boya ilə işlənib. Görüntünü xanım Trampın səs yazısı müşayiət edir.
Satışın bu ilin sonunadək həyata keçirilməsi planaşdırılır. Əldə olunacaq gəlirin bir hissəsi himayədar ailələrdə böyüyən uşaqlara yardım məqsədilə istifadə olunacaq.
