Bakı 2˚C Dreary

"Mənə deyirdilər ki, siz müharibəni uduzmusunuz" - İlham Əliyev Aprel döyüşlərindən danışdı

Siyasət 14:12 05 okt, 2021

İlham Əliyev Azərbaycana qarşı edilən təzyiqlərdən danışıb

"Mənə deyirdilər ki, siz müharibəni uduzmusunuz" - <span style="color:red">İlham Əliyev Aprel döyüşlərindən danışdı</span>

“Aprel döyüşlərindəki məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik görüş təşkil etmişdi. Mən o görüşə gələndə mənə bir bəyanat mətnini verdilər. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam”.

Qazet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bəzi xarici güclərin məqsədləri barədə danışarkən söyləyib.

Dövlət başçısı deyib: “Bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik”.