Bakı 23˚C Windy

Mənəvi Dəyərlərin Təbliği Fondu dövlət şirkətindən yer icarəyə götürəcək

Biznes 17:47 05 mar, 2022

72,8 min manat ödəniləcək

Mənəvi Dəyərlərin Təbliği Fondu dövlət şirkətindən yer icarəyə götürəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu icarə müqaviləsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərbaycan Sənaye Korporasiyası" ASC-dir.

Qalib dövlət şirkətinə 72,8 min manat ödəniləcək.