Bakı 2˚C Mostly cloudy

Mənzildə ölən oğlan və dəli olmuş anasını tapdılar

Gündəm 21:31 03 okt, 2022
Mənzildə ölən oğlan və dəli olmuş anasını tapdılar

Moskva vilayətinin Noqinsk şəhərindəki mənzillərin birində on bir yaşlı oğlanın meyiti tapılıb.

Qazet.az bildirir ki, mk.ru saytının məlumatına görə, şagirdin qalıqları oktyabrın 1-də tapılıb. Polisin bildirdiyinə görə, meyitin vəziyyətinə əsasən oğlan bir neçə gün öncə ölüb.

Mənbənin sözlərinə görə, şagirdin anası övladının başına gələnləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edə bilməyib. Qadının psixi pozğunluğu olub. Meyitin tapılması ilə polis araşdırmalara başlayıb, faciənin təfərrüatları dəqiqləşdirilir.