Bakı 6˚C Mostly sunny

Meqan Markl geyimi ilə bütün diqqətləri üzərində topladı – FOTO/VİDEO

Maraqlı 13:12 12 noy, 2021

Sasseks hersoqiniyası  Meqan Markl  geyimi ilə diqqəti cəlb edib

Meqan Markl geyimi ilə bütün diqqətləri üzərində topladı – <span style="color:red">FOTO/VİDEO</span>

Meqan Markl həyat yoldaşı şahzadə Harri ilə Nyu-Yorkda qala gecəsinə qatılıb, onun geyim seçimi böyük diqqətə səbəb olub.

Qazet.az xəbər verir ki, cütlük ABŞ-da Veteranlar Günü və Böyük Britaniyada Xatirə Gününə həsr olunmuş “Salute to Freedom” qalasında iştirak ediblər.

Meqan Markl “Carolina Herrera” brendindən dərin dekolteli və kürəyi açıq parlaq qırmızı uzun paltar geyinib və Şahzadə Diananın brilyant qolbağını taxıb.

Şahzadə Harri də öz növbəsində klassik kostyumda və qırmızı xaşxaş formasında broşlu ağ köynəkdə tədbirə qatılıb.