Bakı 5˚C Mostly cloudy

Mərakeş pley-offa adladı, Belçika qrupda qaldı

Gündəm 21:30 01 dek, 2022
Mərakeş pley-offa adladı, Belçika qrupda qaldı

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Qazet.az xəbər verir ki, F qrupunun sonuncu - 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələn Mərakeş birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

Bundan əlavə, Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

4 xalı olan "qırmızı şeytanlar" isə mundialla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər.