Mərakeşin oyunçusunun qol sevincinin səbəbi açıqlandı
2022-ci il futbol üzrə Dünya Çempionatı maraqlı hadisələrə səhnə olmaqda davam edir.
Qazet.az xəbər verir ki, 1/8 final mərhələsində 0:0 hesabı ilə yekunlaşan İspaniya - Mərakeş matçının oyunsonrası penaltilər seriyası maraqlı hadisə ilə yadda qalıb.
Sonuncu penaltini dəqiq yerinə yetirən Mərakeş millisinin ulduz futbolçusu Əşrəf Hakimi qol sevinci zamanı pinqvin yeriyişini təqlid edib.
Bu mətbuatda söz-söhbətə səbəb olub. Oyunçunun bu addımına istifadəçilər də müxtəlif reaksiya verib.
Hakimi rəsmi "Tvitter" hesabında bunu hazırda çıxış etdiyi PSJ klubunda komanda yoldaşı ispaniyalı oyunçu Serxio Ramosla birlikdə etdiyini qeyd edib:
"Ramos ilk penaltini yerinə yetirəcəkdi və şübhəsiz qol vuracaqdı. İspaniya üçün Ramos ən böyük itki idi, çünki o, heç vaxt penaltini qaçırmazdı."
Bununla da oyunçu Ramosun İspaniyanın heyətinə çağırmadığı üçün İspaniya millisinin baş məşqçisi Luis Enrikeyə belə etiraz edib.
Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.
With his panenka, Hakimi not only knocked Spain out of the World Cup, but he also celebrated like Sergio Ramos. A suitable response to Enrique, who did not select Ramos despite the fact that he started all of PSG's games and was undefeated in all of them. pic.twitter.com/JkMitb5wdH
— Sumit Paudel (@essanpe_) December 6, 2022