Meral Akşener : "Qarabağ Zəfəri mübarək olsun!"
Gündəm
15:42 08 noy, 2021
Partiya lideri təbrik məktubunu tviter hesabında paylaşıb

Türkiyənin İYİ Partiyasının sədri Maral Akşener 8 Noyabr-Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qazet.az xəbər verir ki, partiya lideri təbrik məktubunu tviter hesabında paylaşıb:
“Qarabağımızın qəlbi Şuşada türkün şanlı bayrağının dalğalandığı, qara buludların ardından günəşin doğduğu Qarabağ Zəfəri mübarək olsun! Qarabağ Azərbaycandır!”, - o bildirib.