Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib
Biznes
16:30 23 iyn, 2022
Hərracda tələb 40,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Qazet.az xəbər verir ki, hərracda tələb 40,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.