Bakı 14˚C Mostly cloudy

Mərkəzi Bankın rəhbəri deputatların suallarını cavablandırdı

Siyasət 16:02 25 okt, 2022
Mərkəzi Bankın rəhbəri deputatların suallarını cavablandırdı

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və İdarə Heyətinin digər üzvləri Milli Məclisin deputatlarının suallarını cavablandırıb.

Qazet.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, AMB-nin rəhbərliyi ilə keçirilmiş görüşdə deputatları maraqlandıran məsələlər, xüsusilə də, pul-kredit siyasəti, inflyasiya, kredit faizləri, bank sahəsinin tənzimlənməsi, bu sahəyə dəstək və bankların rolunun iqtisadiyyatda artırılması kimi məsələlər müzakirə edildi.

"Yaxın zamanda bu sahədə xeyli yeniliklər olacaq. Görülən və görüləcək işlərin ictimaiyyətlə kommunikasiyasının artırılması vacibdir. Bu istiqamətdə səylərimizi daha da artırmağı planlaşdırırıq", - deyə o, qeyd edib.