Məsciddə FOTO çəkdirən aktrisa üzr istədi
Gündəm
01:46 06 yan, 2023
Türkiyəli aktrisa Eda Taşpınar haqqında başladılan istintaq çərçivəsində ifadə verib.
Qazet.az xəbər verir ki, buna səbəb aktrisanın məsciddə geyilməyə uyğun olmayan libasda verdiyi pozlar olub. Bu səbəbdən Eda etdiyi hərəkətə görə, üzr istəyib.
"Orasının ibadət yeri, məscid olduğunu düşünə bilmədim. Fotoları çəkənlər də mənə bununla bağlı xəbərdarlıq etmədi. Həqiqətən peşmanam, üzr istəyirəm" deyə, o, ifadəsində bildirib.
Aktrisa ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.