Bakı 10˚C Intermittent clouds

Məşhur aktrisa qeyri adi geyimdə - Foto

Maraqlı 12:00 06 dek, 2021


ABŞ aktrisası Zendaya 2021-ci ilin “Qızıl top” Fransa futbolunun mükafatlandırma mərasimində

Məşhur aktrisa qeyri adi geyimdə - Foto

ABŞ aktrisası Zendaya 2021-ci ilin “Qızıl top” Fransa futbolunun mükafatlandırma mərasimində

Qazet.az xəbər verir ki, gecədə paparatsilərin diqqətini ən çox aktrisa Zendaya (Zendaya Koulman) çəkib. O, bu dəfə "Cavalli"dən olan libası ilə fərqini ortaya qoyub. Noyabrın əvvəlində "İlin dəb ikonu" adına layiq görülən aktrisa son qatıldığı məclislərdə bu statusu doğrultmağa çalışıb.

Aktrisa tədbirə sevgilisi, "Hörümçək adam: Evdən uzaqda" filmindəki həmkarı Tom Hollandla qatılıb. Bu, cütlüyün ictimaiyyət arasında ilk rəsmi göründüyü gecə olub.

Zendaya qırmızı xalçada geydiyi 2000-ci ilin payız kolleksiyasından olan "Roberto Cavalli" libasını qızıldan hazırlanmış iri halqa sırğalarla tamamlayıb. O, mürəkkəb dekorasiyanı ön plana çıxartmaq üçün sadə saç düzümü və makiyaj edib.