"Camdakı kız"ın aktrisası son anda ÖLÜMDƏN DÖNDÜ - FOTO
Aktrisa oğlu və qonşusu ilə birlikdə son anda avtomobildən çıxa biliblər və ərazidən kənarlaşıblar.
Türkiyəli aktrisa Hande Ataizi ötən gecə oğlu Leon və sevgilisi Dinç Aydoğdu ilə qonşusunun avtomobilində evə dönərkən böyük qəza keçirib.
Qazet.az xəbər verir ki, Ataizi Bodrum Gündoğan yolunda avtomobilinin anidən yanması səbəbindən sevgilisi, oğlu və qonşusu ilə birlikdə son anda avtomobildən çıxa biliblər və ərazidən kənarlaşıblar.
Avtomobilin partlaması və alovlanmasından şoka düşən və bir müddət özünə gələ bilməyən Hande Ataizi bunları deyib: “Böyük qəzadan sağ çıxdıq. Ətrafdakıların çığırtısını eşitdim: “Maşın yanır, dərhal düş”. Onlar bizi xilas etdi. İnana bilmirəm, hələ də şokdayam. Bir dəqiqə sonra fərqinə varsaydıq qapılar bağlanacaq və biz çıxa bilməyəcəkdik. Son anda xilas olduq”.