Məşhur aktrisadan etiraf
Məşhur aktrisa Zendaya "Qızıl Qlobus" mükafatlandırma mərasimində iştirak edə bilməyib.
Qazet.az xəbər verir ki, aktrisa buna görə rəsmi "Instagram" səhifəsində bu haldan təəsüfləndiyini etiraf edib.
"Bu gecə mərasimdə ola bilmədiyim üçün çox üzr istəyirəm, ancaq bu şərəfə layiq gördüklərinə görə təşkilatçılara təşəkkür etmək istəyirəm. Belə böyük adlarla bir arada olmaq mənim üçün böyük şərəfdir, hamınıza heyranam. "Euphoria" ailəmə təşəkkür edirəm, sizsiz bunların heç biri mümkün ola bilməzdi. Nəhayət, Runu öz evinə buraxan hər kəsə ürəkdən təşəkkür edirəm. Düşünürəm ki, hər kəs onun mənim üçün nə qədər dəyərli olduğunu bilir, amma başqası üçün bir şey ifadə edə bilməsi bir hədiyyədir. Düzünü desəm, bunu yazarkən söz tapmaq çətindir, deyə biləcəyim tək şey təşəkkür etməkdir. Təşəkkür edirəm. Gecəniz xeyrə" - deyə öz paylaşımında bildirib.