Bakı 18˚C Mostly sunny

Tanınmış aktyor Azərbaycanın ən məşhur həyətindən paylaşım etdi - VİDEO

Maraqlı 14:32 25 okt, 2022
Tanınmış aktyor Azərbaycanın ən məşhur həyətindən paylaşım etdi - VİDEO

Azərbaycanlı aktyor Rafael İsgəndərov maraqlı paylaşımı ilə yadda qalıb. 

Qazet.az xəbər verir ki, o, Azərbaycanın klassik filmlərindən biri "Bizim Cəbiş Müəllim"in çəkildiyi həyətə gedərək oradan video paylaşıb.

Aktyor buranın başqa bir xatirəsinin olduğunu da qeyd edib.

Belə ki, bu həyətdə "Məhəllə" filminin birinci hissəsi lentə alınıb.

Aktyor illər sonra buraya gələrək məhəllə və orada yaşayan obrazların hansı evlərdə olduğunu göstərməsi böyük marağa səbəb olub.