Bakı 25˚C Windy

Məşhur aktyor qarlı havada ağır zədə alıb

Maraqlı 12:15 03 yan, 2023
Məşhur aktyor qarlı havada ağır zədə alıb

Marvelin "Qisasçılar" filmlərində Hawkeye (Şahingöz) rolunu oynayan məşhur Hollivud aktyoru Ceremi Renner ağır yaralanıb.

Qazet.az "Reuters"a istinadən xəbər verir ki, qar təmizləyən maşınla işləyərkən qəza keçirib və ağır zədə alıb. 

Jeremy Renner. Pic: @jeremyrenner

Renner qəzada ayağından zədə alaraq qan itirib.

Hadisə yerinə gələnlərin müdaxiləsindən sonra əməlliyat edilən aktyorun reanimasiya şöbəsində olduğu bildirilib..

"Cereminin ailəsi ona baxan həkim və tibb bacılarına minnətdarlıqlarını bildirib" deyə məlumatda bildirilir.

"Onlar həm də Cereminin pərəstişkarlarından gələn sevgi və dəstəkdən çox heyrətləniblər".

51 yaşlı Renner 2008-ci ildə "The Hurt Locker" filmindəki işinə görə ən yaxşı aktyor nominasiyasında "Oscar" Mükafatına namizəd olub.