Məşhur aktyorun yaralandıqdan sonra ilk görüntüləri - ŞƏKİL
Gündəm
11:30 04 yan, 2023
Məşhur Holllivud aktyoru Ceremi Renner keçirdiyi qəzadan sonra ilk dəfə xəstəxanadan paylaşım edib.
Qazet.az xəbər verir ki, Renner qar təmizləyən maşında ağır xəsarət aldıqdan sonra ona dəstək olan izləyicilərinə təşəkkür edib.
Rəsmi "Instagram" hesabında xəstəxanadan simasını paylaşan aktyor onu sevənlərə xoş sözlərini çatdırıb.
51 yaşlı Renner paylaşımında yazıb:
"Xoş sözləriniz üçün hamınıza təşəkkür edirəm. Hazırda özümə gəlməyə çalışıram. Amma hamınıza sevgilər göndərirəm."