Bakı 23˚C Cloudy

Məşhur aktyorun oğluna  xəsarət yetirdilər - Vəziyyəti ağırdır

Maraqlı 15:25 13 dek, 2021

Ona qapalı kəllə-beyin travması və orta dərəcəli beyin əzilməsi diaqnozu qoyulub

Məşhur aktyorun oğluna  xəsarət yetirdilər - Vəziyyəti ağırdır

Rusiyalı aktyor Maksim Drozdun oğlu Yeqor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qazet.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə "Yorik Hamleti öldürdü" barında baş verib. Naməlum şəxs 24 yaşlı Drozdun başına iki zərbə endirib. Üstəlik, zərərçəkən yıxılarkən başından yenidən zərbə alıb. Gənc xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və orta dərəcəli beyin əzilməsi diaqnozu qoyulub, qurbanın qanında spirt aşkar edilib.