Məşhur aparıcıdan çılpaq şou - 8 saat dayanmadan.../ FOTOLAR
Bloqçu, rəssamlar Anton Reva və Gleb Kostinin performansında iştirak edib.
Teleaparıcı Nastya İvleeva İnstaqram səhifəsində NFT "SON" (Yuxu) layihəsini təqdim etdi.
Bloqçu, rəssamlar Anton Reva və Gleb Kostinin performansında iştirak edib. Token "Binance" bazarında satılacaq.
Qazet.az xəbər verir ki, Anastasiya İvleyeva səkkiz saatlıq yuxusunu sənədləşdirib. Məşhur, çılpaq vəziyyətdə qırmızı boyaya boyanaraq kətan üzərində yorğan, yastıq və döşək olmadan yatıb.
"8 saat ərzində yuxu iflicindən tutmuş soyuqdan qıcolmalara qədər hər şeyi yaşadım. Ancaq performans kəsilmədi. Tamaşa üç tərəfdən zamanı əks etdirərək kadra alınıb" - deyə teleaparıcı bildirib.
İvleevanın 24-26 sentyabrda keçiriləcək Mutabor klubundakı sərgidə necə yatdığını görmək mümkün olacaq. Token satışından əldə edilən gəliri İvleyeva xərçəng xəstələrinə dəstək olan "Alexandra" qadınlara dəstək xeyriyyə fonduna yönəldəcək.