Məşhur aparıcının atası qəzada öldü - FOTO
Gündəm
10:33 05 dek, 2022
Türkiyənin məşhur model və aparıcısı Özge Ulusoya ağır itki üz verib.
Qazet.az xəbər verir ki, Ulusoyun atası Heydər Ulusoy Ankarada yol qəzasında dünyasını dəyişib.
O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, qəza dünən Ankaranın Çankaya rayonunda baş verib.
Qəzada ağır yaralanan 73 yaşlı Heydər Ulusoy bütün müdaxilələrə baxmayaraq, axşam saatlarında dünyasını dəyişib.