Bakı 16˚C Partly sunny

Məşhur Azərbaycan filminin kadrarxası görüntüləri - İLK DƏFƏ

Maraqlı 17:10 10 yan, 2023
Məşhur Azərbaycan filminin kadrarxası görüntüləri - İLK DƏFƏ

“Arşın mal alan” (1945) bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb. Görüntülər “AzTV Tarix” yutub kanalında yayımlanıb.

Bu barədə Qazet.az-a “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Lent yazısında aktyorlarla yanaşı filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb.

Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub. Filmdə gənc tacir Əsgər rolunu Xalq artisti Rəşid Behbudov, Gülçöhrə rolunu isə Xalq artisti Leyla Bədirbəyli ifa ediblər.

Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.