Bakı 11˚C Cloudy

Məşhur brendlərin ÖLÜM SAÇAN SPREYLƏRİ: tərkiblərində xərçəng əmələ gətirən maddə tapıldı

Cəmiyyət 15:21 07 noy, 2021

Şirkət 30 markadan 108 partiya spreyi yoxlayıb və onların yarıdan çoxunda benzol aşkar edib ki, onun da miqdarı müəyyən edilmiş normadan xeyli yüksəkdir

Məşhur brendlərin ÖLÜM SAÇAN SPREYLƏRİ: tərkiblərində xərçəng əmələ gətirən maddə tapıldı

Antiperspirant və qoxuya qarşı məhsullar xərçəngə səbəb ola bilər.

Qazet.az xəbər verir ki, bu barədə "Naked Since" jurnalı məlumat dərc edib.

Bildirilib ki, bu nəticəyə bəzi məşhur brendlərin dezodorantları və antiperspirant spreylərinin tərkibində yüksək səviyyədə benzol aşkar edən "Valisure" şirkətinin tədqiqatçıları gəlib.

Şirkət 30 markadan 108 partiya spreyi yoxlayıb və onların yarıdan çoxunda benzol aşkar edib ki, onun da miqdarı müəyyən edilmiş normadan xeyli yüksəkdir.

"Nümunələrin 54%-i aşkar edilə bilən benzol səviyyəsini göstərib, bəzi partiyalarda isə normadan doqquz dəfə çox olub. 19 müxtəlif markadan olan bədən spreylərinin yalnız 49 partiyasında benzol aşkar edilməyib", - şirkətdən bildiriblər.

Tədqiqatın nəticələri:

"Procter & Gamble Co" şirkətindən "Old Spice" və Secret" markasının antiperspirantlarının bəzi partiyaları. "Valmart Inc"dən "Equate" və "Tag" vasitələri və "Unilever PLC"dən isə "Suave" markası ən yüksək səviyyədə benzol ehtiva edir.

"Victoria's Secret & Co"dan bir dezodorantda daha az miqdarda, təhlükəli maddə müəyyən edildib. "Sanofi"nin "Gold Bond", "Dove" və "Axe" antiperspirantlarının tərkibində benzol tapılmayıb.

Şirkət artıq ABŞ-ın Ərzaq və Dərman Administrasiyasına tərkibində yüksək benzolun olduğu partiyaların satışından çıxarılmasını tələb edən petisiya təqdim edib.

"Valisure" hesab edir ki, ən yüksək səviyyədə benzol olan məhsulun beş qramı maddənin havadakı konsentrasiyasını 28 ppb-ə qədər artıra bilər ki, bu da EPA sərhədindən 69 dəfə çoxdur.

Benzol, otaq temperaturunda rəngsiz və ya açıq sarı maye olan, şirin qoxulu, tez alışan və havada tez buxarlanan, lakin suda yaxşı həll olmayan üzvi kimyəvi birləşmədir.

Problem ondadır ki, bu, orqanizmin hüceyrələrinin işləməməsinə səbəb olur: nəticədə, sümük iliyi kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etməyə bilər və bu, anemiyaya səbəb olur.

Bundan əlavə, benzol qandakı antikorların səviyyəsini dəyişdirərək və ağ qan hüceyrələrinin itirilməsinə səbəb olaraq, immunitet sisteminə zərər verə bilər. Həmçinin, uzun müddət ərzində qanyaradıcı sistemin bədxassəli xəstəliyi olan leykemiyanın inkişaf riskini artıraraq, kanserogen xüsusiyyətlərə malikdir.

ABŞ Qida və Dərman İdarəsi benzolun təhlükəsini tanıyır. Onu 1-ci sinif həlledici, yəni toksikliyinə görə dərman və köməkçi maddələrin istehsalında istifadə edilməməli olan genotoksik kanserogenlər kimi təsnif edir.(publika.az)