Bakı 3˚C Intermittent clouds

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – VİDEO

Maraqlı 11:40 22 noy, 2021

Filmin yaradıcıları əsas qəhrəmanları təkcə vizual olaraq yeniləməklə kifayətlənməyib

Məşhur cizgi filminin yeni versiyasının ilk treyleri yayımlandı – <span style="color:red">VİDEO</span>

Nu, poqodi!” cizgi filminin yeni versiyasının ilk treyleri təqdim olunub.

Qazet.az xəbər verir ki, videoçarx “Soyuzmultfilm” studiyasının “YouTube” kanalında yayımlanıb.

Filmin yaradıcıları əsas qəhrəmanları təkcə vizual olaraq yeniləməklə kifayətlənməyiblər. Animasiyadakı bir sıra məsələlər zamanın tələbinə uyğunlaşdırılıb.

Məsələn, canavarın siqaret çəkmək və spirtli içki içmək vərdişləri videooyunlara aludəçiliklə əvəz olunub. Belə ki, hazırda siqaret və spirtli içkilərin ekranda nümayişi qadağandır.

Yeni “Nu, poqodi!”nin dəqiq premyera tarixi açıqlanmasa da, filmin dekabrda ekranlara çıxacağı bildirilb.