Bakı -9˚C Partly sunny

Məşhur cütlük evləndi - FOTO

Maraqlı 16:05 15 iyl, 2022

Özge Gürel və Serkan Çayoğlu evlənib

Məşhur cütlük evləndi - FOTO

Məşhur cütlük Özge Gürel və Serkan Çayoğlu ailə həyatı qurub.

Qazet.az xəbər verir ki, onların nikah mərasimi Almaniyanın Karlsrue şəhərində baş tutub.

Sərkan Çayoğlunun ailəsinin yaşadığı şəhərdə keçirilən toy mərasimində cütlüyün ailəsi və yaxın dostları iştirak edib.

"Albalı mövsümü" serialının çəkiliş meydançasında tanış olan və sevgili olmağa başlayan Özge Gürel və Serkan Çayoğlu 7 illik münasibətdən sonra nikah masasına əyləşib.

 Gürel və Çayoğlunun bu xoşbəxt günündən fotolar sosial şəbəkədə paylaşılıb.

Münasibətləri ilə bağlı Serkan Çayoğlu, "Çox xoşbəxtik. Birlikdə böyüyürük və hər zaman həyəcanlanacaq bir şey tapırıq. Birlikdə səyahət etməyi sevirik.  Səhər onu görməkdən xoşbəxtəm”- deyə qeyd edib.