Məşhur cütlüyün 18 milyonluq malikanəsi - FOTO
Maraqlı
19:12 23 sen, 2021
"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas Mayamidə yeni malikanə alıb.

Qazet.az “TMZ” istinadən xəbər verir ki, cütlük lüks villa üçün 11 milyon dollar (təxminən 18 milyon 688 min 820 manat) ödəyib. Dəniz sahilində yerləşən 6 mərtəbəli evin ümumi sahəsi 10 min 416 kvadratmetrdir və 0.4 hektar ərazidə yerləşir.
Malikanədə 8 hamam, 6 yataq otağı, hovuz, qapalı bağlar, balıq gölü, şərab zirzəmisi var.
Qeyd edək ki, cütlük 3 ay bundan əvvəl Los-Ancelesdəki malikanələrini 16,7 milyon dollara (təxminən 28 milyon 390 min manat) satıb.




