Bakı 9˚C Intermittent clouds

Məşhur dövlət adamı vəzifədən gedir

Siyasət 16:06 29 avq, 2022
Məşhur dövlət adamı vəzifədən gedir

Hökumətin qurulması ilə bağlı uzun müddət böhranın mərkəzində olan İraqın ən güclü fiqurlarından biri siyasətdən uzaqlaşdığını deyib.

Qazet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Milyonlarla izləyicisi olan din xadimi, siyasətçi Müqtəda əs-Sədr qərarını “Twitter”də açıqlayıb.

Sədrin bəyanatı ABŞ-ın İraqa müdaxiləsindən sonra siyasi həyatda iştirak edən bütün partiyaları və fiqurları istefaya çağırmasından iki gün sonraya təsadüf edir.

Onun siyasi ittifaqı ötən oktyabrda keçirilən ümumi seçkilərdə ən çox yer qazandı, lakin deputatları hökumətin qurulması ilə bağlı rəqib şiə bloku ilə rəqabətdə uduzaraq istefa verdilər.

 
 
 
 
 
 
 
 
 
 
 
 

Изображение