Bakı 15˚C Sunny

Məşhur əkiz qüllələr bayrağımızın rəngləri ilə işıqlandırıldı

Xəbərlər 01:10 15 sen, 2022
Məşhur əkiz qüllələr bayrağımızın rəngləri ilə işıqlandırıldı

Ankara şəhərinin məşhur TOBB əkiz qüllələri Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tvitter hesabında yazıb.

“An etibarilə Ankara. Azərbaycan yalnız deyil, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Biz tək millət, iki dövlətik”, - Türkiyə səfiri qeyd edib.