Məşhur filmin davamı çəkilir?
Məşhur Hollivud istehsalı "Rush Hour" (Gərgin vaxt) filminin dördüncü hissəsi çəkilə bilər.
Qazet.az xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı, məşhur aktyor Ceki Çan açıqlayıb.
68 yaşlı Ceki tamaşaçılara "Hazırda 4-cü hissədən danışırıq" deyə öz müsahibəsində bildirib. (People)
Filmin ilk 3 seriyasında Kris Takerlə birlikdə rol alan aktyor ssenarini müzakirə etmək üçün filmin rejissoru ilə görüşəcəyini əlavə edib.
Bununla belə Ceki Çan "Rush Hour" filminin kassada uğursuz olacağını düşündüyünü qeyd etdi.
"Mən dəfələrlə Hollivuda getməyə çalışdım, amma bundan sonra daha çox Hollivud demədim, çünki ingilis dilim yaxşı deyil, onlar mənim mədəniyyətimin bir hissəsi deyil və bu cür hərəkətləri sevmirlər" deyə Ceki öz fikrini ifadə edib.
"Menecerim dedi ki, bax, bir ssenari var və bunun adı "Rush Hour"dur". Honq-Konq polisi?-deyə ona sual verdim. Yox, istəmirəm. Menecerim isə cavabında: niyə cəhd etmirsən axı?. Yaxşı, amma sonuncu dəfə - deyib razılaşdım.