Məşhur futbolçu davaya görə karyerasını bitirdi
İdman
17:41 27 okt, 2022
Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.
Qazet.az xəbər verir ki, Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.
Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.
Qeyd edək ki, 2003 - 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.