Bakı -1˚C Windy

Məşhur futbolçu həyat yoldaşından ayrıldı

İdman 13:20 23 sen, 2022
Məşhur futbolçu həyat yoldaşından ayrıldı

“Qalatasaray”ın yeni transferi Mauro İkardi həyat yoldaşı Vanda Naradan ayrılıb.

Qazet.az xəbər verir ki, bunu həm də hücumçunun agenti olan Nara özü açıqlayıb. O, sosial şəbəkədə ayrıldıqları barədə paylaşım edib:

“Bu anı yaşamaq mənim üçün çox ağrılıdır. Amma mətbuatda yazılanları nəzərə alsaq, hamının hər şeyi məndən bilməsi daha düzgündür. Ayrılmağımızın detallarını açıqlamaq və bu barədə danışmaq istəmirəm. Xahiş edirəm ki, təkcə məni deyil, uşaqlarımı da başa düşəsiz”.

Qeyd edək ki, cütlüyün ayrılması barədə xəbər yayda yayılsa da, İkardi bunu təkzib etmişdi.