Bakı 21˚C Partly sunny

Məşhur futbolçu vətəndaşlığını dəyişir

İdman 17:33 06 yan, 2023
Məşhur futbolçu vətəndaşlığını dəyişir

Lion”un futbolçusu Ussem Auarın oynayacağı milli komanda müəyyənləşib.

Qazet.az xəbər verir ki, yarımmüdafiəçi Əlcəzair yığmasında oynamağa qərar verib.

Bunu ölkənin futbol federasiyasının prezidenti Cahid Zefzef açıqlayıb. O bildirib ki, “Renn”in hücumçusu Amn Quirinin də vətəndaşlığını dəyişməsi üçün danışıqlar aparılır: “Ussem Auar Əlcəzair yığmasına qoşulmağa razılığını verib. İndi biz Amin Quiri ilə danışıqlar aparırıq. Lakin hələ heç nə dəqiqləşməyib”.

Qeyd edək ki, hər iki futbolçu anadan olduqları Fransanın vətəndaşıdır. Onlar bu ölkənin müxtəlif yığmalarında çıxış edib.