Bakı 7˚C Cloudy

Məşhur klub erməni baş məşqçini QOVDU

Gündəm 01:00 13 okt, 2022
Məşhur klub erməni baş məşqçini QOVDU

Fransanın “Brest” klubu erməni baş məşqçini uzaqlaşdırıb. 

Qazet.az xəbər veirr ki, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryanla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Erməni mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. "Brest" Fransa çempionatında 10 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mişel Ter-Zakaryan 2021-ci ilin iyun ayından "Brest"in baş məşqçisi idi.