Bakı 21˚C Windy

Məşhur mesencerdən MÖHTƏŞƏM YENİLİK

Biznes 11:10 15 dek, 2021

"WhatsApp" səsli mesajları göndərilməmişdən əvvəl dinləmək funksiyasını tətbiq edib

Məşhur mesencerdən <span style="color:red">MÖHTƏŞƏM YENİLİK</span>

"WhatsApp" istifadəçilərə göndərməzdən əvvəl səsli mesajları dinləməyə imkan verəcək.

Qazet.az xəbər verir ki, bu barədə messencerin "Twitter"dəki rəsmi səhifəsində deyilir.

“Bunlar səhvlər deyil, məşqlərdir. “İndi göndər” düyməsini klikləməzdən əvvəl səsli mesajınızı əvvəlcədən dinləyə bilərsiniz" - paylaşımda deyilir.

Bundan əlavə, yeni mesajın özünü "məhv edən" taymerləri olacaq. Funksiyanın köməyi ilə istifadəçilər seçilmiş müddətdən sonra avtomatik olaraq söhbətdən istənilən mətni silə biləcəklər.

Bundan əvvəl "WhatsApp" istifadəçilərə onlayn statuslarını tanımadığı şəxslərdən gizlətməyə imkan verəcək funksiyanın tətbiqi barədə məlumat vermişdi. 

İndi yalnız onun kontaktlarına nömrələri əlavə edilənlər istifadəçinin onlayn statusunu öyrənə biləcəklər.