Bakı 5˚C Mostly cloudy

Məşhur meyxanaçı xəstəxanaya yerləşdirildi - FOTO

Gündəm 10:24 01 dek, 2022
Məşhur meyxanaçı xəstəxanaya yerləşdirildi - FOTO

Məşhur qəzəlxan Mahir Cürət xəstaxanaya yerləşdirilib. 

Qazet.az xəbər verir ki, həkim briqadası qəzəlxanın evinə yollanaraq onu təcili yardımla tibb müəssisəsinə aparıb. Həmin an lentə alınan görüntülər ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində nümayiş olunub. 

Aparıcı Zaur Baxşəliyev Mahirin müalicə alması üçün M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə (Eksperimental xəstəxana) yerləşdirildiyini deyib. Tibb müəssisəsindən analizlərdən sonra xəstəliyin dəqiq diaqnozunun müəyyənləşdiriləcəyi bildirilib.

Xatırladaq ki, Mahir Cürət ayaqlarına infeksiya düşdüyünü və ətinin çürüdüyünü deyib.

Məşhur meyxanaçı xəstəxanaya yerləşdirildi - FOTO